Menyu

"Fənərbaxça" və "Beşiktaş" Lukaku ilə maraqlanır

Əziz Əzizli
"Fənərbaxça" və "Beşiktaş" Lukaku ilə maraqlanır
1 dəq oxu

"Fənərbaxça" və "Beşiktaş" "Napoli"nin hücumçusu Romelu Lukaku ilə yaxından maraqlanır.

Operativ Media xəbər verir ki, jurnalist Nikolo Skira məlumat yayıb.

​Mənbənin bildirdiyinə görə, İtaliya klubu belçikalı hücumçu üçün 10 milyon avro tələb edir. 2024-cü ildən "Napoli"də çıxış edən 33 yaşlı Lukakunun klubla müqavilə müddəti 2027-ci ilin yayına qədərdir. O, 2025/2026 mövsümündə bütün turnirlər daxil olmaqla meydana çıxdığı 7 oyunda 1 qol vurub.

​Qeyd edək ki, təcrübəli forvard daha əvvəl "Anderlext", "Çelsi", "Vest Bromviç", "Everton", "Mançester Yunayted", "İnter" və "Roma" kimi klubların da şərəfini qoruyub.

Əlaqəli Xəbərlər