Menyu

Cerrard "Liverpul"un tarixinin ən yaxşı oyunçusu seçildi

Əziz Əzizli
Cerrard "Liverpul"un tarixinin ən yaxşı oyunçusu seçildi

"Liverpul"un və İngiltərə millisinin sabiq yarımmüdafiəçisi Stiven Cerrard "mersisaydlılar"ın tarixində ən yaxşı futbolçu seçilib.

Operativ Media xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 

​Bu reytinq klubun 134 illik tarixinə dair statistik göstəricilərin təhlili, azarkeşlər arasında keçirilən səsvermə və "Liverpul"un əfsanəvi simalarının rəyləri əsasında tərtib olunub. Səsvermədə 1,35 milyondan çox insan iştirak edib. Siyahı formalaşdırılarkən futbolçuların "Enfild"də çıxış etdikləri dövrdəki ustalığı, oyuna təsiri, qoyduqları miras və qazandıqları uğurlar nəzərə alınıb.

​Cerrard 1998-2015-ci illərdə "Liverpul"un şərəfini qoruyub. O, klubun heyətində 700-dən çox oyuna çıxıb və 186 qol vurub.

​Təcrübəli yarımmüdafiəçi "Liverpul"la birlikdə Çempionlar Liqasının, UEFA Kubokunun, UEFA Superkubokunun, həmçinin 2 dəfə İngiltərə Kubokunun və 3 dəfə İngiltərə Liqa Kubokunun qalibi olub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər