Menyu

Azərbaycanlı FIFA referisi UEFA-dan təyinat aldı

Əziz Əzizli
Azərbaycanlı FIFA referisi UEFA-dan təyinat aldı
1 dəq oxu

FIFA referisi Tural Qurbanov növbəti təyinat alıb.

Operativ Media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, T.Qurbanov UEFA Konfrans Liqasının I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində keçiriləcək “Deçiç” (Monteneqro) – “Liepaya” (Latviya) qarşılaşmasının baş hakimi olacaq. Ona Asiman Əzizli və Gülnurə Əkbərzadə kömək edəcəklər. Dördüncü hakim funksiyasını Kamal Umudlu yerinə yetirəcək.

İyulun 15-də Tuzi şəhərində yerləşən “Tuşko Polje” stadionunda keçiriləcək görüş Bakı vaxtı ilə saat 22:30-da başlanacaq.

Əlaqəli Xəbərlər