Menyu

Azərbaycan və İspaniya Paralimpiya komitələri arasında əməkdaşlıq memorandumu imzalanıb

Əziz Əzizli
Azərbaycan və İspaniya Paralimpiya komitələri arasında əməkdaşlıq memorandumu imzalanıb

Azərbaycan Respublikası Milli Paralimpiya Komitəsi ilə İspaniya Paralimpiya Komitəsi arasında Əməkdaşlıq Memorandumu imzalanıb.

Operativ Media xəbər verir ki, Memorandum iki ölkənin paralimpiya komitələri arasında institusional əlaqələrin möhkəmləndirilməsi, təcrübə mübadiləsinin genişləndirilməsi və paraidmanın inkişafına yönəlmiş birgə təşəbbüslərin həyata keçirilməsi üçün əməkdaşlıq istiqamətlərini müəyyən edir.

Memoranduma əsasən tərəflər paraidmanın idarə olunması sahəsində qabaqcıl təcrübələrin paylaşılması, idmançılar və məşqçilər üçün birgə təlim-məşq toplanışlarının, seminarların və təhsil proqramlarının təşkili, milli və beynəlxalq klassifikatorların hazırlanması və inkişafı, media, ictimaiyyətlə əlaqələr və marketinq sahələrində bilik mübadiləsinin aparılması, eləcə də paralimpiya hərəkatının milli və beynəlxalq səviyyədə təşviqi istiqamətində əməkdaşlıq edəcəklər.

Milli Paralimpiya Komitəsi beynəlxalq əlaqələrin gücləndirilməsi məqsədilə beynəlxalq idman təşkilatları və milli paralimpiya qurumları ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fəaliyyətini davam etdirəcək.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər