Menyu

Bakıda motoxuliqanlıq edən və görüntüləri paylaşan şəxs həbs olunub

Operativ Media
Bakıda motoxuliqanlıq edən və görüntüləri paylaşan şəxs həbs olunub
1 dəq oxu

Bakıda motoxuliqanlıq edərək sosial şəbəkələrdə video paylaşan şəxs həbs edilib.

Bu barədə Operativ Media-ya Daxili İşlər Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Bakıda yol hərəkəti qaydalarını kobud şəkildə pozaraq motoxuliqanlıq edən və həmin görüntüləri sosial şəbəkədə paylaşan motosiklet sürücüsü polis əməkdaşları tərəfindən müəyyən edilib.

Xəzər Rayon Polis İdarəsi Dövlət Yol Polisi Şöbəsinin əməkdaşları tərəfindən keçirilən profilaktik tədbirlərlə 21 yaşlı Zülfüqar Ağazadə saxlanılıb.

Onun barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq protokol tərtib edilərək baxılması üçün məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə Z. Ağazadə inzibati qaydada həbs edilib.

Əlaqəli Xəbərlər