Menyu

Azər Fərəcov: Tbilisi-Bakı istiqamətində qatara tələbat daha yüksəkdir

Operativ Media
Azər Fərəcov: Tbilisi-Bakı istiqamətində qatara tələbat daha yüksəkdir
1 dəq oxu

Tbilisi-Bakı istiqamətində qatara tələbat daha yüksəkdir.

Operativ Media xəbər verir ki, bu sözləri “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) Sərnişindaşımaları departamentinin rəisi Azər Fərəcov jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu, ölkə ərazisində quru sərhədlərinin bağlı olması ilə əlaqədardır.

“Belə ki, xarici vətəndaşlar ölkəyə yalnız təyyarə və dəmir yolu nəqliyyatı ilə daxil ola bildiklərindən Tbilisi-Bakı marşrutu üzrə sərnişin axını daha çoxdur. Daxil olduqdan sonra onlar ölkədən digər növlərdən istifadə etməklə buranı tərk edə bilərlər. Buna görə də, Bakı-Tbilisi istiqaməti ilə müqayisədə Tbilisi-Bakı marşrutuna tələbat daha yüksəkdir”, - deyə o qeyd edib.

Əlaqəli Xəbərlər