"Seltik"in Kamilo Duran üçün ödəyəcəyi məbləğ bəlli oldu
Operativ Media
Şotlandiyanın “Seltik” klubu “Qarabağ”ın hücumçusu Kamilo Duranın transferi ilə bağlı razılıq əldə edib.
Operativ Media xəbər verir ki, bu barədə Şotlandiyanın “The Herald” nəşri məlumat yayıb.
Mənbənin iddiasına görə, Qlazqo təmsilçisi 24 yaşlı kolumbiyalı futbolçunun keçidi üçün “Qarabağ”a 5,5 milyon funt sterlinq (6,4 milyon avro) ödəyəcək. Bu məbləğlə bağlı iddia təsdiqini tapsa, Duran "Qarabağ" tarixində satılan ən baha oyunçu olacaq.
Daha öncə Britaniya mediası transfer baş tutacağı halda “Seltik”in “Qarabağ”a 3,5 milyon funt ödəyəcəyini yazmışdı.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net