Menyu

"İmişli"də yeni təyinat baş tutub

Operativ Media
"İmişli"də yeni təyinat baş tutub

“İmişli” PFK məşqçilər korpusunu UEFA Pro lisenziyalı mütəxəssis Zamir Həsənov ilə gücləndirib.

Bu barədə Operativ Media-ya klubun mətbuat xidmətindən bildirilib.

O, bölgə təmsilçisində köməkçi məşqçi vəzifəsində fəaliyyət göstərəcək. Tərəflər arasında 1 illik müqavilə imzalanıb.

Zəngin məşqçilik təcrübəsinə malik Zamir Həsənov uzun illər AFFA-da müxtəlif yaş qrupları üzrə milli komandalarda məşqçi və baş məşqçi kimi fəaliyyət göstərib. O, həmçinin AFFA-nın təhsil departamentində məşqçi-təlimatçı kimi çalışaraq məşqçi hazırlığı prosesinə töhfə verir.

Zamir Həsənov “Şamaxı”, “Şəfa” klublarında, eləcə də “Zirə” FK və “Səbail” FK Akademiyalarında uğurla fəaliyyət göstərərək oyunçu inkişafı və müasir məşq metodikası sahəsində dəyərli təcrübə qazanıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər