Menyu

Bakı–Sumqayıt şosesində yaranan sıxlığın səbəbi açıqlandı

Operativ Media
Bakı–Sumqayıt şosesində yaranan sıxlığın səbəbi açıqlandı
1 dəq oxu

Paytaxtın Binəqədi rayonu, Bakı-Sumqayıt şosesində, "Şamaxinka" tunelindən çıxış hissədə nəqliyyat vasitələrindən birində yanğın baş verib.

Operativ Media xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.

Yanğın səbəbindən həm “Xırdalan" dairəsi, həm də metronun “20 Yanvar” stansiyası istiqamətində sıxlıq yaranıb. Hazırda polis əməkdaşları tərəfindən sıxlığın aradan qaldırılması məqsədilə zəruri tədbirlər görülür.

Əlaqəli Xəbərlər