Menyu

Valdas Dambrauskas: Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir

Operativ Media
Valdas Dambrauskas: Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir

Sabah" UEFA Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Bakıda TNS-ə (Uels) 2:0 hesabı ilə qalib gəlib.

Operativ Media Sportal.az-a istinadən xəbər verir ki, Masazır təmsilçisinin baş məşqçisi Valdas Dambrauskas matçdan sonra keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb:

- Futbolçularımı təbrik edirəm. Azərbaycan futbol azarkeşləri ÇL-dəki ilk qələbə münasibətlə təbrik edirəm. Çox çətin oyun alındı. Biz bunu toplanışda oyunçularla danışarkən bilirdik. Futbolçularıma deyirdim ki, dərin müdafiə olunan komandalara qarşı daha çox çıxış edəcəyik. Belə rəqiblərlə matçlarda daha çox səbirli olmalısan. Çox məmnunam. Amma bu, hələ heç nə demək deyil. Bizi çətin səyahət gözləyir. Süni meydançada oynayacağıq. Sonuncu dəqiqələrdə təəssüf ki, Solvet qırmızı vərəqə aldı. Cavab matçında oynaya bilməsə də, onu əvəzləyə biləcək kifayət qədər futbolçularımız var. Səfərdə diqqətli olmalıyıq. Rəqib iki qol geridədir, bunu aradan qaldırmaq üçün buradakı kimi yox, daha çox irəli atılacaq. Boşluqlar verəcəklər ki, bundan yararlanmağa çalışacağıq.

- Solvetin qırmızı vərəqə alması cavab oyununda sizə nə dərəcədə çətinlik yaradacaq?

- Görəcəyik. Ötən mövsüm bəzi oyunlarımızı Solvetsiz də çıxış etmişik. Stiv bizim üçün önəmli futbolçudur, fantastik insandır. Onsuz bizə çox ağır olacq. Çalışacağıq ki, bunun öhdəsindən gələk. Ehtiyatda onu əvəz edəcək 2 oyunçumuz var. Keyfiyyətli futbolçularımız var. Oyuna sonradan daxil olanlar da bunu göstərdilər.

- Daha böyük hesablı qələbə qazanmaq şansınız var idi. 2:0 hesabı cavab görüş öncəsi nə dərəcədə risklidir?

- Daha çox qollar vurmaq istəyərdik. Lakin 2:0 da yaxşı hesabdır. Daha çox qollar gözləyirdim. İnanıram ki, səfərdə daha çox qol vura biləcəyik. Rəqib risk edəcək. Bugünkü oynadıqlarından fərqli olaraq, cəsarətli oynayacaqlar. Boşluqlardan yararlanmalıyıq. 3:0 təbii ki, 2:0-dan daha yaxşıdır.

- Stiv Solvetə göstərilən qırmızı vərəqəyə görə veriləcək cəzanın təxirə salınması üçün UEFA-ya müraciət etməyi planlaşdırırsız?

- Bizim prezidentimiz İlham Əliyevdir. Azərbaycanda bütün futbol qaydalarına riayət edilir. Heç bir şeyə müdaxilə edilmir. Fikrimcə, hər bir lider işi ilə məşğul olmalıdır.

- Bir həftə ərzində yeni transferlər baş tuta bilər?

- Bu barədə danışmaq erkəndir. Səfər oyunumuzda daha çox bərpa prosesinə fikir verəcəyik. Futbolçularımız daha yaxşı hazırlaşmalıdır. Hazırda orada kimlərin oynayacağını görəcəyimiz tezdir. Bizdə iş heç vaxt dayanmır, "transfer pəncərəsi" dayananda da, açıq olanda da. Bizim üçün ən önəmlisi Uelsdəki oyuna köklənməkdir. Daha sonra növbəti rəqibə köklənəcəyik. Zədələr də ola bilər. Ümid bəslədiyimizdən də aşağı şəkildə çıxış edə bilərlər. Onda çalışacağıq daha yaxşı futbolçu gətirək. Komandamızın kifayət qədər potensiallı oyunçuları var. Bunun üzərində də işləməliyik.

- Rəqib baş məşqçi daha çox uzun yoldan şikayətləndi. Siz də səfər görüşü üçün uzun yol qət edəcəksiz. Bu sizin üçün nə dərəcədə problem yaradacaq?

- Onlar necə bura gəlibsə, biz də uzun yol gedəcəyik. Süni meydançada oynayacağıq. Bu bir çağırışdır və bunu qəbul etməliyik. Elə etməliyik ki, rəqiblə oynayanada, heç bir bəhanəmiz olmasın.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər