http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Sürücülük vəsiqələri ilə bağlı yenilik gözlənilir

06 Aprel 2023 , 23:47
6209
Sürücülük vəsiqələri ilə bağlı yenilik gözlənilir

"Sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək və sürücü bu mərhələdən uğurla keçməsə, qısa müddətdə ərzində kobud qayda pozuntusuna yol versə, onun idarəetmə hüququ məhdudlaşdırılacaq".

Bu sözləri “Operativ Media”ya açıqlamasında yol nəqiliyyat eksperti Elməddin Muradlı deyib.

O qeyd edib ki, sürücü üçün bir çox tələblər ortaya qoyulacaq, psixoloji müayinələrə göndəriləcək:

“Azərbaycan Respublikasının qanunvericiliyində təcrübəsiz sürücülər üçün “Yol Hərəkəti Haqqında” qanunda “təcrübəsiz sürücu” nişanı var,  təssüflər olsun ki, bir çox  sürücünün bu nişandan xəbəri yoxdur. Belədir ki, sürücü olmaq istəyən şəxs təlim mərkəzinə getməlidir və nəzəri təcrübə biliklərini artırdıqdan sonra imtahan verməlidir.

Bu proseslər bitdikdən sonra sürücü qanunvericiliyə əsasən sürücülük vəsiqəsi əldə edir və idarə etmə qabiliyyətinə malik olur.

Məndə olan məlumata görə, təcrübəsiz sürücülərin sınaq mərhələsi  layihəsi təşkil  olunacaq. “Yəni sürücülük vəsiqəsini aldım, artıq istədiyim formada avtomobil idarə edə bilərəm”  fikiri olmayacaq. Sürücülük vəsiqələri sınaq müddəti çərçivəsində veriləcək və sürücü bu mərhələdən uğurla keçməsə, qısa müddət ərzində kobud qayda pozuntusuna yol versə, onun idarə etmə hüququ məhdudlaşdırılacaq. Sürücü üçün bir çox tələblər ortaya qoyulacaq, psixoloji müayinələrə göndəriləcək.

Qeyd etmək istəyirəm ki, bu vəsiqə adi kağız parçası deyil, onu qorumaq lazımdır. Sürücü o zaman idarə etmə hüququndan uzaqlaşdırıla bilər ki, dəfələrlə yol qəzası  törətsin, bir neçə şəxsin ölümünə səbəb olsun, 10 ildən çox məhkumluq həyatı yaşasın. Buna da təbii ki,  məhkəmə  qərar verə bilər.

Yol hərəkəti qaydalarına əsasən, yeni sürücülərin idarə etmə bacarıqları olmadığı tədqirdə müəyən  məhdudiyyətlər tətbiq olunacaq.

 Əks halda bir il idarəetmədən uzaqlaşdırılacaq, bir neçə proses keçdikdən sonra yenidən imtahan verəcək. Bu, sürücüləri bir növ daha diqqətli olmağa məcbur edir. Almaniya təcrübəsində gözəl bir qayda var, bəzi ölkələrdə bu qaydanı tətbiq edir.

Qırmızı işıqdan 2 dəfə keçən insanı pisxoloq yanına göndərirlər ki, o insan normal deyil, amma bizdə hər kəs qırmızı işıqdan asanlıqla keçə bilir, bu taksi olsun istər motosiklet, velosiped sürücüsü qırmızı işığı saymırlar. İrad bildirəndə də deyirlər "nə olsun qırmızı işıqdır da, sağı, solu gözlədim, keçdim".

Ayşən Azadova

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

XƏBƏR LENTİ
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
  • 11:06

    Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
  • 11:05

    Rövşən Rüstəmov: Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər
  • 11:03

    İranın energetika naziri Rusiyaya səfər etməyi planlaşdırır
  • 10:54

    Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
  • 10:48

    Bakıda "Avrasiya Nəqliyyat Marşrutu"nun yaradılması ilə bağlı Dövlətlərin dəmiryolu administrasiyaları rəhbərlərinin konsultativ görüşü keçirilir
  • 10:45

    Rövşən Rüstəmov: Bakı−Naxçıvan−Qars dəmir yolu xəttinin yaradılması üzrə işlər görülür
Menyu