Menyu

Azərbaycan parataekvondoçuları Çxunçxondakı Çelenc Turnirində mübarizə aparacaqlar

Əziz Əzizli
Azərbaycan parataekvondoçuları Çxunçxondakı Çelenc Turnirində mübarizə aparacaqlar
1 dəq oxu

8 iyul tarixində Cənubi Koreyanın Çxunçxon şəhərində parataekvondo üzrə Açıq Çelenc Turniri keçiriləcək.

Operativ Media xəbər verir ki, turnirdə ölkəmizi K44 kateqoriyası üzrə kişilər arasında Sabir Zeynalov (58 kq), Amin Əliyev (63 kq), qadınlar arasında isə Səmayə Həsənova (47 kq) təmsil edəcəklər.

Parataekvondoçularımızı yarışa baş məşqçi Fərid Tağızadə çıxaracaq.

Turnir Los-Anceles-2028 Yay Paralimpiya Oyunlarına reytinq xalları qazandıracaq.

Əlaqəli Xəbərlər