Menyu

Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Operativ Media
Yağış yağır, şimşək çaxır - FAKTİKİ HAVA

Azərbaycanın əksər yerlərində arabir şimşək çaxır, yağış yağır, yağıntılar ayrı-ayrı yerlərdə leysan xarakterlidir.

Operativ Media xəbər verir ki, bu barədə Milli Hidrometeorologiya Xidmətinin iyulun 8-i saat 10:00-a olan məlumatında qeyd edilib.

Qeyd edilib ki, Balakən-Şəki zonasının bəzi yerlərində isə yağıntılar güclü olub.

Düşən yağıntının miqdarı Əlibəydə 165 (Zaqatala aylıq normanın 140%-i), Zaqatalada 57 (aylıq normanın 74%-i), Balakəndə 52 (aylıq normanın 67%-i), Sarıbaşda (Qax) 21, Sədərəkdə 5, Gədəbəydə 4, Şərur, Ağstafa, Tovuz, Lerikdə 3, Şəki (Kişçay), Qubada 2, Daşkəsən, Gəncə, Şəmkir, Qusar, Oğuz, Xaltan, Qrız, Bərdə, Zərdab, İmişli, Yevlax, Kəlbəcər, Laçın, Qubadlı, Şuşada eləcə də Bakıda və Abşeron yarımadasında 1 mm-dək qeydə alınıb.

Hazırda şimal-qərb küləyi əsir, küləyin maksimal sürəti Bakıda və Abşeron yarımadasında 21, Culfada 19 m/s-yə çatır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər