Xırdalanda şirkət binanın üzərində əlavə 2 mərtəbə tikib

Fərrux Qocamanlı
Baxış: 392
Xırdalanda şirkət binanın üzərində əlavə 2 mərtəbə tikib

Abşeron rayonunda inşası yekunlaşmış beşmərtəbəli binanın üzərində əlavə 2 mərtəbə tikilir.

"Operativ Media" "Xəzər Xəbər"ə istinadən xəbər verir ki, bu vəziyyət Mehdi Hüseynzadə küçəsində yerləşən binanın 5-ci mərtəbəsindən mənzil alanları narahat edib. Onlar bunun təhlükəli olduğunu deyirlər.

Məsələ ilə bağlı binanı tikən şirkətin rəhbəri Fəxrəddin Hüseynov iddia edir ki,  sonradan binada əlavə 2 mərtəbənin inşası qanunauyğundur.

Abşeron rayon İcra Hakimiyyətinin Memarlıq və Tikinti şöbəsinin baş mühəndisi Kənan Babayev “Xəzər Xəbər”ə bidirib ki, adıçəkilən şirkət bu günə qədər əlavə tikintiyə dair hər hansı bir sənəd təqdim etməyib.

Vurğulanıb ki, mövcud məsələ sakinlərin müraciəti əsasında araşdırılır.

Digər xəbərlər