Menyu

"İmişli" daha bir transferini açıqladı

Əziz Əzizli
"İmişli" daha bir transferini açıqladı
1 dəq oxu

“İmişli" PFK heyətini növbəti transferlə gücləndirib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, bölgə təmsilçisi Azərbaycan milli komandasının üzvü, 29 yaşlı mərkəz müdafiəçisi Bəxtiyar Həsənalızadə ilə 1 illik müqavilə imzalayıb.

Karyerası ərzində "Sumqayıt", "Zirə", "Sabah" və Türkiyənin "Tuzlaspor" klublarında uğurlu çıxış edən Bəxtiyar son olaraq "Araz-Naxçıvan"ın formasını geyinib.

Təcrübəli müdafiəçi yeni mövsümdə "İmişli" PFK-nın uğurları üçün mübarizə aparacaq.

Əlaqəli Xəbərlər