Menyu

Ceyhun Bayramov: Azərbaycan vətəndaşlarının başqa ölkələrdəki münaqişələrdə iştirakı cinayətdir

Nərmin Qocamanlı
Ceyhun Bayramov: Azərbaycan vətəndaşlarının başqa ölkələrdəki münaqişələrdə iştirakı cinayətdir

"Təəssüf ki, həm qonşu ölkələrdə, həm də daha geniş coğrafiyada çoxsaylı hərbi münaqişələrin, silahlı toqquşmaların və müharibələrin şahidi oluruq. Bu proseslər həmin ölkələrin vətəndaşları ilə yanaşı, orada yaşayan və ya səfərdə olan xarici vətəndaşların həyatı üçün ciddi təhlükələr yaradır. Son illər bu cür riskli bölgələrin sayı kifayət qədər artıb".

Bu barədə xarici işlər naziri Ceyhun Bayramov Operativ Media-nın sualını cavablandırarkən deyib.

O bildirib ki, bu istiqamətdə vəziyyət daim dəyişir. Bu gün sabit görünən hər hansı bir bölgədə qısa müddət sonra hərbi münaqişə başlaya və ya mövcud gərginlik eskalasiya mərhələsinə keçə bilər. Xarici İşlər Nazirliyi və Azərbaycanın xaricdəki diplomatik nümayəndəlikləri bu prosesləri fasiləsiz izləyir.

"Fəaliyyətimizi bir neçə istiqamətdə qururuq. İlk növbədə, riskli bölgələrlə bağlı vətəndaşlara əvvəlcədən xəbərdarlıqlar edirik. Fürsətdən istifadə edərək bir daha çağırış etmək istərdim ki, vətəndaşlarımız xaricə səfər planlaşdırarkən həmin ölkələrdəki risk faktorlarını nəzərə alsın, mümkün qədər təhlükəli bölgələrdən uzaq dursunlar.

Əgər vətəndaşlarımız belə ərazilərdə olarkən hər hansı fövqəladə hadisə baş verərsə, ilk növbədə həmin dövlətin rəsmi qurumlarının xəbərdarlıqlarına və təhlükəsizliklə bağlı tövsiyələrinə əməl etməlidirlər. Çünki vəziyyətə ən yaxşı hakim olan məhz həmin ölkənin aidiyyəti dövlət orqanlarıdır.

Yaxın Şərqdə son aylarda baş verən hadisələr zamanı da bunun şahidi olduq. Belə hallarda dərhal təxliyənin həyata keçirilməsi hər zaman mümkün olmur. Lakin imkan yaranan kimi Azərbaycan dövləti, aidiyyəti qurumlar və Xarici İşlər Nazirliyi ölkə rəhbərliyinin tapşırığına əsasən vətəndaşlarımızın təhlükəsiz şəkildə təxliyəsinin təmin olunması üçün operativ tədbirlər görür və bu prosesdə fəal iştirak edir", -  nazir bildirib.

Onun sözlərinə görə, son illərdə bu cür problemlərlə üzləşən 600-ə yaxın Azərbaycan vətəndaşının yeri müəyyənləşdirilərək onların ölkəyə qaytarılması təmin olunub. Hazırda da bu istiqamətdə işlər davam etdirilir.

Nazir qeyd edib ki, bəzən başqa ölkələrdəki hərbi münqaişələrdə Azərbaycan vətəndaşları da iştirak edirlər:

"Bu, müxtəlif vədlər və yollarla həyata keçirilir. Bir daha Azərbaycan vətəndaşlarına çağırış edirəm ki, bu fakt Azərbaycanda cinayət hesab olunur, bu, qanunvericiliyin pozulmasıdır. Bu kimi hərəkətlər hətta Azərbaycan vətəndaşlığından məhrum edilmə ilə nəticələnə bilər".


Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər