Menyu

Rəşad Nəbiyev Avropa çempionatında tarixi uğur qazanan cüdoçularla görüşüb

Operativ Media
Rəşad Nəbiyev Avropa çempionatında tarixi uğur qazanan cüdoçularla görüşüb

İyulun 7-də Azərbaycan Cüdo Federasiyasının prezidenti Rəşad Nəbiyev yeniyetmələrdən ibarət Azərbaycan milli komandası ilə görüşüb.

Operativ Media xəbər verir ki, Rəşad Nəbiyev komandanı 29 iyun–2 iyul tarixlərində İspaniyanın Las-Palmas-de-Qran-Kanariya şəhərində keçirilən yeniyetmələr arasında Avropa çempionatında əldə olunan tarixi nəticə münasibətilə təbrik edib. O, yarış boyunca idmançıların əzm və yüksək məsuliyyət nümayiş etdirdiklərini vurğulayaraq, son illərdə yeniyetmələr arasında qazanılan davamlı uğurların ölkədə cüdonun sistemli inkişafının göstəricisi olduğunu bildirib.

Federasiya prezidenti çıxışında cüdonun yalnız idman nəticələri ilə deyil, həm də yeniyetmələrin şəxsiyyət kimi formalaşmasında mühüm rol oynadığını qeyd edib. O, idmançıların sağlamlığının, xoşbəxtliyinin və hərtərəfli inkişafının hər zaman prioritet olduğunu vurğulayıb. Rəşad Nəbiyev peşəkar yanaşmanın erkən yaşlardan vərdişə çevrilməsinin vacibliyini diqqətə çatdıraraq, əldə olunan uğurların mükəmməlləşmə yolunda mühüm addım olduğunu və bu nəticələrin gələcəkdə daha böyük hədəflər üçün möhkəm zəmin yaratdığını bildirib.

Qeyd edək ki, Avropa çempionatında Azərbaycan millisi 2 qızıl, 3 gümüş və 5 bürünc medal qazanaraq 43 ölkə arasında mükafatların əyarına görə ikinci, ümumi medal sayına görə isə birinci yeri tutub.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər