Menyu

“Sabah” BK-nın FIBA Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Operativ Media
“Sabah” BK-nın FIBA Çempionlar Liqasındakı rəqibləri müəyyənləşdi

Azərbaycan çempionu “Sabah” Basketbol Klubunun FIBA Çempionlar Liqasının 2026/27 mövsümündəki rəqibləri müəyyənləşib.

Operativ Media xəbər  verir ki, iyulun 8-də İsveçrənin Mies şəhərində yerləşən Patrik Baumann Basketbol Evində keçirilən püşkatma mərasimində üçüncü səbətdə yer alan “Sabah” BK müntəzəm mövsümün “A” qrupunda mübarizə aparacaq.

Azərbaycan təmsilçisi qrup mərhələsində aşağıdakı klublarla qarşılaşacaq:

“Rytas Vilnius” — Litva

“Nanterre 92” — Fransa

“Sabah” BK — Azərbaycan

“Trabzonspor” — Türkiyə

“Sabah”ın qrupdakı ən titullu rəqibi “Rytas Vilnius”dur. Litva klubu FIBA Çempionlar Liqasının son qalibidir. Vilnüs təmsilçisi 2025/26 mövsümünün finalında Yunanıstanın AEK klubuna əlavə vaxtdan sonra 92:86 hesabı ilə qalib gələrək tarixində ilk dəfə turnirin baş mükafatını qazanıb.

“Nanterre 92” Fransa basketbolunun özünəməxsus tarixə malik klublarından biridir. Əsası 1927-ci ildə qoyulan komanda 2013-cü ildə Fransa çempionu olub, 2014 və 2017-ci illərdə ölkə kubokunu qazanıb.

Nanterre təmsilçisi Avropa turnirlərində də uğurlu nəticələri ilə seçilir. Klub 2015-ci ildə FIBA EuroChallenge, 2017-ci ildə isə FIBA Europe Cup turnirinin qalibi olub.

Türkiyənin tanınmış çoxnövlü idman klublarından biri olan “Trabzonspor” FIBA Çempionlar Liqasında ilk dəfə iştirak edəcək. Klub 2026/27 mövsümünün müntəzəm mərhələsinə birbaşa vəsiqə qazanan üç debütantdan biridir.

Trabzon təmsilçisi ötən mövsüm Türkiyə Basketbol Super Liqasında pley-off mərhələsinə yüksəlib və 1/4 finalda “Bahçeşehir Koleji” ilə qarşılaşıb. Komanda ev oyunlarını əsasən Trabzondakı Hayri Gür İdman Sarayında keçirir.

FIBA Çempionlar Liqasının 2026/27 mövsümünün müntəzəm mərhələsinə oktyabrın 6-da start veriləcək.

Qrupun qalibi birbaşa ən güclü 16-lığa vəsiqə qazanacaq. İkinci və üçüncü yerləri tutan komandalar isə yan qrupun müvafiq təmsilçiləri ilə 3 oyunluq seriyada 2 qələbəyədək davam edən “Play-In” mərhələsində üz-üzə gələcəklər.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər