Menyu

"İmişli" "Qarabağ"ın sabiq qapıçısı ilə gücləndi

Əziz Əzizli
"İmişli" "Qarabağ"ın sabiq qapıçısı ilə gücləndi
1 dəq oxu

"İmişli" PFK heyətini gənc və perspektivli qapıçı Sadiq Məmmədzadə ilə gücləndirib.

Operativ Media klubun mətbuat xidmətinə istinadən xəbər verir ki, 21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandasının üzvü olan qapıçı bölgə təmsilçisi ilə 2 illik müqavilə imzalayıb. 

Sadiq peşəkar futbol karyerasına "Səbail" FK-da başlayıb və 7 il bu klubun formasını geyinib. Daha sonra "Qarabağ" FK-nın əsas komandasına qoşulan qapıçı, son mövsümü icarə əsasında "Difai" klubunda keçirib.

Əlaqəli Xəbərlər