Azərbaycan və Türkmənistan arasında iqtisadi və enerji əməkdaşlığının inkişafı müzakirə olunub
Operativ Media
İqtisadiyyat naziri Mikayıl Cabbarov Türkmənistan arasında Birgə Hökumətlərarası Komissiyanın 9-cu iclasında iştirak üçün Türkmənistana işgüzar səfəri çərçivəsində bu ölkənin Nazirlər Kabinetinin sədr müavini, xarici işlər naziri Rəşid Meredovla görüşüb.
Operativ Media xəbər verir ki, bu barədə İqtisadiyyat naziri Mikayıl Cabbarov “X” sosial şəbəkəsində paylaşım edib.
O bildirib ki, Azərbaycan ilə Türkmənistan arasında iqtisadi dialoqun və biznes tərəfdaşlığının daha da gücləndirilməsi perspektivlərini vurğuladıq, enerji sektorunda əməkdaşlığın genişləndirilməsi, eləcə də birgə fəaliyyətin yeni istiqamətlərinin müəyyənləşdirilməsi məsələlərini müzakirə etdik
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma