Menyu

"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi ilə anlaşdı

Operativ Media
"Mançester Yunayted" "Çelsi"nin yarımmüdafiəçisi ilə anlaşdı
1 dəq oxu

"Çelsi"nin yarımmüdafiəçisi Andrey Santos karyerasını "Mançester Yunayted"də davam etdirəcək.

Operativ Media xəbər verir ki, bu barədə "The Athletic" nəşrinin jurnalisti Devid Ornşteyn məlumat yayıb.

​Mənbənin verdiyi məlumata görə, "qırmızı şeytanlar" 22 yaşlı braziliyalı futbolçu üçün bonuslar da daxil olmaqla 50 milyon funt-sterlinq (təxminən 58,5 milyon avro) ödəyəcəklər. "MançesterYunayted" artıq oyunçu ilə müqavilə şərtlərini razılaşdırıb.

​Santos 2023-cü ildə "Vasko da Qama"dan "Çelsi"yə transfer olunub, bundan sonra o, icarə əsasında yenidən Braziliya klubunda, həmçinin "Nottingem Forest" və "Strasburq"da çıxış edib.

​"Çelsi"nin heyətində Santos 47 oyun keçirib, üç qol vurub və beş məhsuldar ötürmə ilə yadda qalıb.

Əlaqəli Xəbərlər