Bakıda 4 avtomobili talayan şəxs saxlanılıb
Operativ Media
Sumqayıt şəhəri, Abşeron və Binəqədi rayonlarında 4 avtomobildən pul və mobil telefon oğurlanıb.
DİN Mətbuat Xidmətindən Operativ Media-ya verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri tədbirlərlə əməlləri törətməkdə şübhəli bilinən Q.Kərimov müəyyən edilərək saxlanılıb.
Araşdırmalarla onun Sumqayıt şəhəri ərazisində başqa bir şəxsə məxsus avtomobilə ziyan vurduğu da müəyyən olunub. Həmin şəxsdən əlavə olaraq narkotik vasitə heroin də aşkar edilərək götürülüb.
Araşdırmalar davam etdirilir.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net