Menyu

Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir

Operativ Media
Ukraynalı uşaqlara sosial-psixoloji reabilitasiya xidmətləri göstərilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) tabeliyində Sosial Xidmətlər Agentliyinin təşkilatçılığı ilə ölkəmizə gətirilən 30 ukraynalı uşaq agentliyin Qəbələ Uşaq Reabilitasiya Mərkəzində sosial-psixoloji reabilitasiya xidmətləri ilə təmin edilirlər.

Bu barədə Operativ Media-ya ƏƏSMN-dən məlumat verilib.

Bildirilib ki, onların hər biri üçün fərdi reabilitasiya proqramı hazırlanıb və fərdi konsultasiyalar, qrup terapiyaları, yoqa və rəqs terapiyası məşğələlərinə cəlb olunurlar.

Uşaqlar müalicəvi masaj, müalicəvi hovuz və vanna, art-terapiya və digər xidmətlərdən də yararlanırlar. Həmçinin onlar üçün Şəki Yaylasına və Şamaxıda yerləşən Şamaxıda Alpaka fermasına ekskursiyalar təşkil olunub.

10 günlük reabilitasiya proqramı uşaqların emosional vəziyyətinin stabilləşdirilməsi və cəmiyyətə inteqrasiyasına dəstək məqsədi daşıyır.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Fotogalereya

Əlaqəli Xəbərlər