İlham Əliyev Gürcüstana təbii qaz təchizatı barədə sazişi təsdiqləyib
Operativ Media
Azərbaycan və Gürcüstan arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş təsdiqlənib.
Operativ Media xəbər verir ki, Prezident İlham Əliyev bununla bağlı "Azərbaycan Respublikası Hökuməti ilə Gürcüstan Hökuməti arasında təbii qazın Gürcüstana təchizatı barədə Saziş"in təsdiq edilməsi haqqında Fərman imzalayıb.
Fərmanla saziş qüvvəyə mindikdən sonra İqtisadiyyat Nazirliyi onun müddəalarının həyata keçirilməsini təmin etməli, Xarici İşlər Nazirliyi Sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Gürcüstan Hökumətinə bildiriş göndərməlidir.
Qeyd edək ki, saziş 2026-cı il mayın 18-də Bakı şəhərində imzalanıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net