Menyu

"Araz-Naxçıvan" braziliyalı qapıçı transfer etdi

Operativ Media
"Araz-Naxçıvan" braziliyalı qapıçı transfer etdi

Yeni mövsümün hazırlığını davam etdirən “Araz-Naxçıvan” daha bir futbolçu ilə anlaşıb.

Operativ Media xəbər verir ki, braziliyalı qapıçı Artur Auqusto Da Silva 2026-2027-ci illər mövsümünü Naxçıvan klubunun heyətində keçirəcək. 27 yaşlı qolkiperlə anlaşmanın müddəti 1 ildir. 

O, karyerası ərzində Braziliyanın “Desportivo Braziliya”, Portuqaliyanın “Oliveyrense”, “Feyrense” klublarının qapısını qoruyub. Auqustonun ölkəmizə gəlməzdən əvvəl İndoneziyanın “Semen Padang” komandasında çıxış edib.  

Qeyd edək ki, “Araz-Naxçıvan” buna qədər Tərlan Əhmədli, Ömər Buludov, Slavik Alxasov, İbrahim Piriyev, Ülvi İsgəndərov, Rəşad Həsənov, Alberto Qarsia Fernandes, Alexandro Herrera, Rövlan Muradov, İssouf Paro, Mustafa Əhmədzadə və Luka Dumançiçlə yeni müqavilə imzalayıb.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər