Menyu

Zubir Azərbaycan klublarının Avropa Liqasındakı 300-cü qolunu vurdu

Operativ Media
Zubir Azərbaycan klublarının Avropa Liqasındakı 300-cü qolunu vurdu

"Qarabağ"ın cinah hücumçusu Abdullah Zubirin UEFA Avropa Liqasının I təsnifat mərhələsində "Vestri"yə vurduğu qol yubileylə əlamətdar olub.

Operativ Media Peşəkar Futbol Liqasının rəsmi saytına istinadən xəbər verir ki, bu top Azərbaycan klublarının turnirdəki 300-cü qolu kimi tarixə düşüb.

Əvvəl UEFA Kuboku, sonradan UEFA Avropa Liqası adlanan turnirdə keçirilən əvvəlki 283 qarşılaşmada təmsilçilərimiz 298 qol vurmuşdu. "Qarabağ"ın İslandiya komandası üzərindəki 3:0 hesablı qələbəsi ilə bu rəqəm 301-ə yüksəlib.

Azərbaycan komandalarının həm avrokuboklarda, həm də bu turnirdə ilk qolu 1995/1996 mövsümündə qeydə alınıb. UEFA Kubokunun 1995-ci il avqustun 22-də keçirilən "Austriya" (Vyana, Avstriya) – "Kəpəz" görüşündə (5:1) Yadigar Süleymanov fərqlənib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər