Portuqaliya millisinin yeni baş məşqçisi bəlli oldu
Operativ Media
Futbol üzrə Portuqaliya millisinin yeni baş məşqçisi məlum olub.
Operativ Media Portuqaliya Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, bu vəzifəyə Jorji Jezuş gətirilib. 71 yaşlı portuqaliyalı mütəxəssis komandanın sükanı arxasında Roberto Martinesi əvəzləyib.
O, 2030-cu ildə Portuqaliya, İspaniya və Mərakeşin birgə ev sahibliyi edəcəyi dünya çempionatının sonunadək milli komandaya rəhbərlik edəcək.
Xatırladaq ki, Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə uduzaraq mübarizəni dayandırıb. Həmin matçdan sonra Roberto Martines istefa verib.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net