Menyu

Mingəçevirdə cüdo üzrə kəmər dərəcəsi imtahanı keçiriləcək

Operativ Media
Mingəçevirdə cüdo üzrə kəmər dərəcəsi imtahanı keçiriləcək
1 dəq oxu

İyulun 14-də Azərbaycan Cüdo Federasiyasının (ACF) təşkilatçılığı ilə Mingəçevirdə kəmər dərəcələri üzrə rəsmi imtahan keçiriləcək.

Operativ Media​ xəbər verir ki, imtahan 7 yaşdan yuxarı cüdo ilə məşğul olan hamı üçün açıqdır. Kəmər seçimi müvafiq yaş uyğunluğuna əsasən aparılacaq. İmtahanı uğurla keçən namizədlərə ACF tərəfindən müvafiq kəmər və sertifikat təqdim ediləcək.

​Qeyd edək ki, bu ildən etibarən kəmər dərəcəsi olmayan idmançıların yarışlarda iştirakına icazə verilməyəcək.

​İmtahan Mingəçevir Olimpiya İdman Kompleksində təşkil olunacaq.

Əlaqəli Xəbərlər