http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 8 ° C

Sabunçuda narkotik satışına görə 50 nəfər saxlanılıb

07 Aprel 2023 , 13:18
Sabunçuda narkotik satışına görə 50 nəfər saxlanılıb

Sabunçu rayonunda mart ayı ərzində keçirilən əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsiilə məşğul olan daha 50 nəfər saxlanılıb.

"Operativ Media" xəbər verir ki, Sabunçu Rayon Polis İdarəsinin Narkotiklərlə Mübarizə Bölməsinin əməkdaşları tərəfindən mart ayı ərzində də Bakıxanov, Balaxanı, Ramana, Zabrat, Bilgəh, Pirşağı Kürdəxanı, Maştağa qəsəbələri və digər ərazilərdə narkotiklərin qanunsuz dövriyyəsini həyata keçirən şəxslərə qarşı əməliyyatlar davam etdirilib. Əməliyyatlar zamanı narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan daha 50 nəfər saxlanılıb.

Araşdırma zamanı saxlanılanlardan bir neçəsinin narkotikləri sosial şəbəkələr vasitəsi ilə İranda yaşayan narkotik vasitə satıcıları ilə əlaqə yaradaraq əldə etdikləri müəyyən edilib. Həmin şəxslərin üzərindən, yaşadıqları evlərdən 9 kiloqrama yaxın heroin, marixuana və psixotrop maddə olan metamfetamin aşkar edilib.Onların hər biri barəsində İdarənin İstintaq Şöbəsində Cinayət işləri başlanılıb. Sabunçu rayonu ərazisində narkotiklərin qanunsuz dövriyyəsi ilə məşğul olan digər şəxslərin də tutulmaları istiqamətində polis əməkdaşları tərəfindən mübarizə tədbirləri davam etdirilir

Qeyd edək ki, cari ilin əvvəlindən Sabunçu rayonunda polis əməkdaşlarının keçirdikləri əməliyyatlar zamanı ümumilikdə 30 kiloqram müxtəlif xassəli narkotik vasitə qanunsuz dövriyyədən çıxarılıb. 

 

OXŞAR XƏBƏRLƏR
FHN: Novxanıdakı partlayışda iki nəfər dağıntılar altından xilas edilib

FHN: Novxanıdakı partlayışda iki nəfər dağıntılar altından xilas edilib

Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

Boşanmaların sayının artması "TikTok" və digər sosial şəbəkələrin bizə olan "hədiyyəsidir" - Sosioloq

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

İxracdan əldə olunan külli miqdarda pulu ölkəyə qaytarmayan şəxslər məsuliyyətə cəlb edilib

XƏBƏR LENTİ
  • 11:15

    Sumqayıt və Novxanıdakı partlayışlarda xəsarət alanların son vəziyyəti açıqlanıb
  • 11:04

    Yəmən səfiri etimadnaməsini Azərbaycan Prezidentinə təqdim edib
  • 10:55

    “Mamounia Lounge”: Bakının mərkəzində Mərakeşin dadlı parçası ®
  • 10:50

    Yuxarı Lars keçid məntəqəsindən 3,6 mindən çox yük maşını keçmək üçün gözləyir
  • 10:50

    Prezident İlham Əliyev El-Salvadorun ölkəmizdə yeni təyin olunmuş səfirinin etimadnaməsini qəbul edib
  • 10:42

    Prezident İlham Əliyev Mavritaniyanın yeni səfirinin etimadnaməsini qəbul edib
  • 10:36

    21-ci əsrdə dünyanın ən yaxşı futbol məşqçiləri - SİYAHI
  • 10:25

    Sumqayıtda baş verən partlayışlarla bağlı araşdırma aparılır - BİRGƏ MƏLUMAT
Menyu