Menyu

Azərbaycanın U20 sərbəst güləş millisi Avropa çempionatında tarixi rekorda imza atdı

Əziz Əzizli
Azərbaycanın U20 sərbəst güləş millisi Avropa çempionatında tarixi rekorda imza atdı

Şimali Makedoniyanın paytaxtı Skopyedə keçirilən güləş üzrə U20 Avropa çempionatına yekun vurulub.

Operativ Media xəbər verir ki, sərbəst güləş üzrə millimiz qitə birinciliyində tarixi uğura imza atıb. Yığmamız 2 qızıl, 2 gümüş və 4 bürünc medal qazanıb və 170 xal toplayaraq komanda hesabında Rusiyadan (194) sonra 2-ci yeri tutub. Ermənistan (118) isə üçüncü pillədə qərarlaşıb.

Millimiz bu nəticəylə 2 rekordu yeniləyib. Belə ki, gənclərdən ibarət komandamız medalların sayına və topladığı xala görə özünün ən yaxşı nəticəsinə imza atıb. Böyük məşqçi Əşrəf Əliyev, məşqçilər Rövşən Hacıyev, Nazim Əlicanov və Əsgərxan Novruzovun rəhbərliyi altında medal qazanan güləşçilərimiz bunlardır: qızıl medalçılar Hacı Kərimov (70 kq) və Yusif Dursunov (125 kq), gümüş medalçılar Camal Abbasov (61 kq) və Nurlan Ağazadə (74 kq), bürünc medalçılar isə Muhəmməd İsmayılov (57 kq), Bəşir Verdiyev (65 kq), Məhəmməd Abbaszadə (86 kq) və Fərhad Süleymanlı (97 kq).

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər