"Aston Villa" Yohan Manzambinin transferi barədə razılıq əldə edib
Əziz Əzizli
İngiltərənin "Aston Villa" klubu "Frayburq"un isveçrəli gənc istedadı Yohan Manzambini heyətinə qatmağa yaxındır.
Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb.
Məlumata görə, Birmingem təmsilçisi bu transfer üçün qarşı tərəflə şifahi razılıq əldə edib. "Aston Villa" futbolçu üçün Almaniya klubuna 60 milyon avrodan yüksək təzminat ödəyəcək. Bu transfer məbləği isveçrəli yarımmüdafiəçini klub tarixinin ən baha başa gələn oyunçularından birinə çevirəcək.
Bildirilib ki, "Aston Villa" transfer prosesində "Nyukasl"ı qabaqlayaraq həm "Frayburq", həm də futbolçunun menecerləri ilə danışıqları uğurla tamamlayıb.
İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net