Menyu

Azərbaycanlı hakim-inspektor Konfrans Liqası oyununa təyinat aldı

Əziz Əzizli
Azərbaycanlı hakim-inspektor Konfrans Liqası oyununa təyinat aldı
1 dəq oxu

Beynəlxalq dərəcəli hakim-inspektor Babək Quliyev UEFA-dan növbəti təyinat alıb.

Operativ Media AFFA-nın mətbuat xidmətinə istinadən xəbər verir ki, o, UEFA Konfrans Liqasının I təsnifat mərhələsi çərçivəsində iyulun 16-da keçiriləcək “Hamrun” (Malta) - “Runavik” (Farer adaları) görüşünün hakim-inspektoru olacaq.

Qarşılaşma Ta Qali şəhərində yerləşən “Centenary” stadionunda baş tutacaq.

Əlaqəli Xəbərlər