Menyu

Yan Sommer karyerasını Belçikanın "Brügge" klubunda davam etdirəcək

Əziz Əzizli
Yan Sommer karyerasını Belçikanın "Brügge" klubunda davam etdirəcək
1 dəq oxu

İsveçrəli qapıçı Yan Sommer azad agent statusu ilə Belçikanın "Brügge" klubuna keçməyə razılıq verib.

​Operativ Media xəbər verir ki, bu barədə insayder Fabrizio Romano məlumat yayıb. İtaliya "İnter"indən ayrılan təcrübəli qolkiper gələn həftə yeni klubu ilə qısamüddətli müqavilə imzalayacaq.

​Məlumata görə, İtaliya, İspaniya və İngiltərə təmsilçilərindən də təkliflər alan Sommer, əsas heyətdə oynamaq şansı və vətəninə daha yaxın olmaq istəyi səbəbindən məhz Belçika klubunu seçib.

Əlaqəli Xəbərlər