http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 18 ° C

"Azərbaycanda toylarda oxunan mahnılar biabırçılıqdır" - Sosioloq

07 Aprel 2023 , 15:49
"Azərbaycanda toylarda oxunan mahnılar biabırçılıqdır" - Sosioloq

“İnternetdə ara və küçə mahnıları, nə gəldi yayımlanır, mədəni zövqü korlanmış insanlar yeni nəsil uşaqlarını da bu cür böyüməyə məcbur edirlər”. 

Bu sözləri “Operativ Media”ya açıqlamasında Sağlam Cəmiyyət Hərəkatının rəhbəri, sosioloq Elçin Bayramlı deyib. O qeyd edib ki, toylarda xalq mahnılarına rast gəlmək mümkün deyil, yalnız müasir, küçədə səslənən, heç bir mənəvi dəyəri olmayan mahnılardır:

“Bu problem uzun illərdir davam edir, getdikcədə artan tendensiyadır. Məsələnin kökü çox dərindədir. Bazar iqtisadiyyatına keçidlə bağlı, ölkə mədəniyyətində, televiziyada, mediada özbaşınalıq baş alıb gedir, özəl televiziya və radiolar xalqın mədəni zövqünü korladılar, gənclərə bayağılığı təbliğ etdilər. Sonra isə internetdə ara və küçə mahnıları - nə gəldi yayımlandı, mədəni zövqü korlanmış insanlar yeni nəsil uşaqlarını da bu cür böyümə məcbur etdilər.

Alternativləri görməyən yeni nəsil belə bayağılıqla böyüdü. Nəinki, televiziya və radio, indiki toylarımız da biabırçılıqdır. Toylarda xalq mahnılarına rast gəlmək mümkün deyil, yalnız müasir, küçədə səslənən və heç bir mənəvi dəyəri olmayan mahnılardır. Bunun qaynağı tək televiziya, internet platformaları deyil. Uşaqlar valideynlər tərəfindən düzgün istiqamətləndirilmirlər. Valideynlər düşünürlər ki, uşaqlara azadlıq, müstəqillik, vermək lazımdır ki, istədiklərini etsin. Bu belə deyil. Uşaq psixologiyası doğuşdan formalaşır. Yaşadığı mühit, ətrafından aldığı tərbiyyə, informasiyalar, sosial mühit ona öz təsirin göstərir".

Elçin Bayramlı həmçinin bildirib ki, əvvələr televiziyalarda bəddi şuralar, dövlət nəzarəti var idi, əxlaqdan kənar, cəmiyyətə mənfi təsir göstərən amillər qəti şəkildə yayımlanmazdı. Hazırda təbliğ olunan mahnılarla, bərbad günə qalmış mədəniyyətlə, biz sağlam cəmiyyət qura bilmərik. İndiki dövrdə gənclər arasında sorğu aparsaq, xalq mahnılarını, muğamlarımızı, folklor janırlarımızı, məhşur ifaçılarımızı tanımırlar:

"Bu prosseslərlər özlüyündə bir millətin mənəvi və mədəni deqradasiyasına gətirib çıxarır. Yəni milli mədəniyyətimizi itiririk, bayağı, xaricdən gəlmə yad təsirlərdən, mahnı adı altında verilən çığır bağırlardan yaralanırıq. Nəticədə bizim qızıl fondumuz arxa planda qalır və tanınmır. Bunun günahı valideynlərdə, məktəblərdə, televiziyalarda, radioda, ümumiyyətlə, ictimai internet portallarında və ölkənin ziyyalılarındadır. Biz cəmiyyət və dövlət olaraq bu mühiti özümüz yaratmışıq və demək istəyirəm ki, nəyi əkiriksə, onda biçirik".

Ayşən Azadova
 

OXŞAR XƏBƏRLƏR
II ixtisas qrupu üzrə bir nəfər maksimum bal toplayıb

II ixtisas qrupu üzrə bir nəfər maksimum bal toplayıb

İyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri elan olunub

İyulun 7-də keçirilən qəbul imtahanlarının nəticələri elan olunub

Sarayda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb

Sarayda yol-nəqliyyat hadisəsi baş verib, iki nəfər ölüb

XƏBƏR LENTİ
  • 22:14

    Ukrayna və Britaniya 2,5 milyard dollar dəyərində müdafiə sazişi imzalayıb
  • 21:58

    Türkiyə Qəzzadakı hərəkətlərinə görə İsraili cəzalandırmağa çalışacaq
  • 21:45

    KİV: Polşa F-16-larını Ukraynaya verməyəcək
  • 21:30

    BMT Məhkəməsi İsraili işğal etdiyi Fələstin torpaqlarını tərk etməyə çağırıb
  • 21:16

    ABŞ iki rusiyalıya qarşı sanksiya tətbiq edib
  • 21:01

    Prezident İlham Əliyev Avropa Siyasi Birliyinin 4-cü sammitində 12 ölkə və təşkilat lideri ilə görüşüb
  • 20:57

    Şuşada II Qlobal Media Forum keçiriləcək
  • 20:54

    “ARAF” kuboku uğrunda konkur yarışlarına start verilib
Menyu