Menyu

“Zirə”nin futbolçusu I Liqa klubuna keçib

Operativ Media
“Zirə”nin futbolçusu I Liqa klubuna keçib
1 dəq oxu

Futbol üzrə Azərbaycan I Liqasında mübarizə aparan “Səbail” heyətinə yeni futbolçu cəlb edib.

Klubun mətbuat xidmətindən Operativ Media-ya verilən məlumata görə, “dənizçilər” son komandası “Zirə” olan Fuad Bayramovun keçidini rəsmiləşdirib.

Müdafiəçi ilə bağlanan müqavilənin detalları açıqlanmayıb.

Qeyd edək ki, Fuad bayramov ötən mövsümün ikinci yarısını icarə əsasında “Mingəçevir”də keçirib.

Əlaqəli Xəbərlər