Menyu

Bağ evlərinin satış və kirayə qiymətləri artıb - VİDEO

Nicat Hüseynli
Bağ evlərinin satış və kirayə qiymətləri artıb - VİDEO

Yay mövsümünün gəlişi ilə Bakı ətrafında və regionlarda günlük kirayə bağ evlərinə, xüsusilə də hovuzlu və dəniz kənarındakı infrastrukturlu əmlaklara tələbat kəskin artıb. Bu artım həm kirayə, həm də satış qiymətlərinin yüksəlməsinə birbaşa təsir göstərib. Qiymətlərin bahalaşmasının avqust ayına qədər davam edəcəyi istisna olunmur.

Operativ Media xəbər verir ki, Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin sədri Vüqar Orucun sözlərinə görə, bağ evlərinin kirayə qiymətləri seqmentlərə görə 5% ilə 30% arasında artıb:

"Mərdəkan, Şüvəlan, Bilgəh və Nardaran kimi prestijli ərazilərdə kirayə 25-30%, Pirşağı, Maşdağa və Buzovna kimi orta seqmentdə isə 10-12% bahalaşma var. Satış bazarına gəldikdə isə, dənizə yaxınlıq və infrastruktur hesabına bağ evlərinin qiyməti ötən illə müqayisədə 10-12% yüksəlib; hazırda orta və aşağı seqmentdə qiymətlər 150 min ilə 700 min manat arasında dəyişir. Satışdakı artıma tikinti xərcləri və bağ evlərinə investisiya marağı da səbəb olub".

Əmlak məsələləri üzrə ekspert Elnur Fərzəliyev isə bildirib ki, bu il təkcə Bakı ətrafında yox, ölkənin turistik bölgələrində də günlük evlərə tələbat çoxdur və hətta bu bölgələrə maraq paytaxtın dənizkənarı ərazilərini üstələyir: "Regionlardakı inkişaf bura ciddi insan axınına, eləcə də torpaq və bağ evlərinə tələbin artmasına səbəb olub. Hazırda turistik bölgələrdə şəraitdən asılı olaraq bağ evlərinin günlük kirayə qiymətləri 50 manatdan başlayaraq 800 manata qədər dəyişir".

Ətraflı "Xəzər Xəbər"in sujetində:

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər