Niderlandlı hakim Rob Diperink 38 yaşında vəfat edib
2026-cı il dünya çempionatından kənarlaşdırılan niderlandlı futbol hakimi Rob Diperink 38 yaşında dünyasını dəyişib.
Operativ Media xəbər verir ki, bu barədə Niderlandın "ED" qəzeti məlumat yayıb.
Nəşrin yazdığına görə, asayiş keşikçiləri hazırda futbol hakimi olmuş şəxsin ölümünün səbəblərini araşdırır.
R.Diperink cari ilin dünya birinciliyində video-assistent (VAR) funksiyasını yerinə yetirməli idi. Lakin turnirin startına bir ay qalmış FİFA onu siyahıdan kənarlaşdırıb. Buna səbəb referinin ötən ilin aprel ayında yetkinlik yaşına çatmayan şəxsə qarşı cinsi zorakılıq ittihamı ilə Londonda saxlanılması olub.
Baxmayaraq ki, London polisi sübut çatışmazlığı səbəbindən işə xitam verib və hakimin təqsirsizliyini qəbul edib, ali futbol qurumu onun adını mundialın iştirakçısı olan rəsmilər sırasından silib. FİFA bu qərarını beynəlxəld turnirdə yalnız qüsursuz reputasiyaya malik şəxslərin təmsil olunması tələbi ilə əsaslandırıb.