Menyu

"Kəpəz" portuqaliyalı qapıçı transfer etdi

Operativ Media
"Kəpəz" portuqaliyalı qapıçı transfer etdi
1 dəq oxu

"Kəpəz" yeni mövsümdə ilk transferini rəsmiləşdirib.

Operativ Media xəbər verir ki, Gəncə təmsilçisi Rojerio Santosu heyətinə qatıb.Bu haqda klubun mətbuat xidməti məlumat yayıb. 

Tam adı Paulo Rojerio Veyqa dos Santos olan qapıçı ilə 1 illik müqavilə imzalanıb. Portuqaliyalı qolkiper son olaraq İsrailin "İroni Tiberias" klubunda çıxış edib. "Braqa"nın yetirməsi olan 26 yaşlı çərçivə qoruyucusu 2024-2025-ci illər mövsümündə də" Sarı-göylər"in formasını geyinib. Rojerio Portuqaliyanın aşağı yaş qrupları üzrə milli komandalarının üzvü olub.

Əlaqəli Xəbərlər