Menyu

"Real"ın qapıçısı Tibo Kurtua yeni mövsümün startınadək sağalacaq

Operativ Media
"Real"ın qapıçısı Tibo Kurtua yeni mövsümün startınadək sağalacaq
1 dəq oxu

​"Real Madrid" klubunun qapıçısı Tibo Kurtuanın İspaniya çempionatının 2026/2027-ci illər mövsümünün startına qədər bərpa olunacağı gözlənilir.

​Operativ Media xəbər verir ki, bu barədə jurnalist Arança Rodriges məlumat yayıb.

Mənbənin bildirdiyinə görə, tibbi müayinədən keçən 34 yaşlı belçikalı qolkiperin ciddi zədə almadığı müəyyənləşib.

​Bundan əvvəl isə təcrübəli qapıçının 2026-cı il dünya çempionatında aldığı zədə səbəbindən yeni mövsümün ilk oyunlarını buraxacağı iddia edilirdi.

​Xatırladaq ki, Tibo Kurtua Belçika və İspaniya yığmaları arasında baş tutan DÇ-2026-nın dörddəbir final mərhələsinin qarşılaşmasında (1:2) zədələnərək matçın 71-ci dəqiqəsində meydanı tərk etmək məcburiyyətində qalmışdı.

Əlaqəli Xəbərlər