Menyu

Xabi Alonso Enzo Fernandesi "Çelsi"də saxlamaq istəyir

Operativ Media
Xabi Alonso Enzo Fernandesi "Çelsi"də saxlamaq istəyir
1 dəq oxu

"Çelsi"nin baş məşqçisi Xabi Alonso yarımmüdafiəçi Enzo Fernandesin 2026-cı ilin yayında komandadan mümkün gedişi ilə bağlı yayılan xəbərlərə baxmayaraq, argentinalı futbolçunu heyətdə saxlamaq niyyətində olduğunu bəyan edib.

​Operativ Media xəbər verir ki, mütəxəssis keçirdiyi mətbuat konfransında oyunçu ilə gələcəyi barədə müzakirə apardıqlarını, lakin danışıqların təfərrüatının gizli qaldığını bildirərək, onun klubda qalmasının tərəfdarı olduğunu vurğulayıb.

​ESPN-in yaydığı məlumata görə, London klubu hazırda 25 yaşlı yarımmüdafiəçinin 2026-cı il dünya çempionatındakı çıxışından sonra baş tutacaq məzuniyyətdən qayıdaraq mövsümöncəsi hazırlıq düşərgəsinə normal qaydada qoşulacağını gözləyir.

​Qeyd edək ki, 2023-cü ilin yanvarından bəri paytaxt təmsilçisində çıxış edən Fernandesin müqavilə müddəti 2032-ci il iyunun 30-na qədər nəzərdə tutulub.

​Futbolçu 2025/2026 mövsümündə meydana çıxdığı 54 rəsmi qarşılaşmada 15 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

"Transfermarkt" portalı oyunçunun transfer dəyərini hazırda 90 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər