Menyu

"İmişli" Yusif İmanovu heyətinə qatdı

Əziz Əzizli
"İmişli" Yusif İmanovu heyətinə qatdı
1 dəq oxu

“İmişli” PFK heyətini Azərbaycan milli komandasının qapıçısı Yusif İmanov ilə gücləndirib.

Bu barədə Operativ Media-ya klubun mətbuat xidmətindən məlumat verilib. 

Bildirilib ki, 23 yaşlı qolkiper bölgə təmsilçisi ilə 2+1 illik müqavilə imzalayıb.

Karyerası ərzində “Sabah” FK, Kosovonun “Malişeva” klubu və “Kəpəz” PFK-nın formasını geyinən Yusif, müxtəlif yaş qrupları üzrə Azərbaycan milli komandalarında çıxış edib, həmçinin A milli komandamızın da şərəfini qoruyub.

Əlaqəli Xəbərlər