Menyu

Hikmət Hacıyev: Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib

Operativ Media
Hikmət Hacıyev: Azərbaycanda media mühitinin modernləşdirilməsi həyata keçirilib

Son illərdə Azərbaycan media mühitinin hərtərəfli modernləşdirilməsini həyata keçirib.

Operativ Media xəbər verir ki, bu sözləri Azərbaycan Respublikası Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev Şuşada keçirilən “Sülhün təşviqində medianın missiyası: Həqiqətin bərpası və etimadın yenidən qurulması” mövzusunda IV Şuşa Qlobal Media Forumunda deyib.

“Bu islahatlar peşəkar jurnalistikanın gücləndirilməsi, institusional potensialın artırılması, daha yüksək etik standartların təşviq edilməsi, media savadlılığının artırılması və bu sahənin sürətli texnoloji dəyişikliklərə uyğunlaşmasına kömək etmək üçün nəzərdə tutulub. Media islahatı yalnız qanunvericilikdən ibarət deyil. Bu, dayanıqlı institutların qurulması, jurnalistlərə investisiya qoyulması, dezinformasiyaya qarşı dözümlülüyün artırılması və ictimai etimadın gücləndirilməsi deməkdir”,- deyə Hikmət Hacıyev bildirib.

Genitor

İdeyanı yaz —
dəqiqələr içində saytın olsun.

restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma
Saytın hazırlanır…
CANLI
restoran.genitor.net
Genitor

Əlaqəli Xəbərlər