Azərbaycan güləşçiləri Budapeştdə ilin son reytinq turnirində mübarizə aparacaq
Sabah Macarıstanın paytaxtı Budapeştdə güləş üzrə ilin son reytinq turnirinə start veriləcək.
Operativ Media xəbər verir ki, mövsümün dördüncü reytinq turnirində ölkəmizi ümumilikdə 21 güləşçi təmsil edəcək.
Sərbəst güləş yarışlarında (15-16 iyul) mübarizə aparacaq idmançılarımız və onların çəki dərəcələri:
İslam Bazarqanov (57 kq), Nürəddin Novruzov (61 kq), Rəşid Babazadə (65 kq), Kənan Heybətov (70 kq), Turan Bayramov (74 kq), Cəbrayıl Hacıyev (79 kq), Arseniy Djioyev (86 kq), Ali Tsokayev (92 kq), Osman Nurmaqomedov (97 kq) və Giorgi Meşvildişvili (125 kq).
Komandanın baş məşqçisi Xetaq Qazyumov, böyük məşqçisi Cəbrayıl Həsənov, məşqçiləri isə Arif Abdullayev, Taymuraz Kokoyev və Şərif Şərifovdur.
Qadın güləşi yarışlarında (16-18 iyul) təmsilçilərimiz:
Nərgiz Səmədova (53 kq), Əsmər Cankurtaran (53 kq), Gültəkin Şirinova (55 kq), Jalə Əliyeva (57 kq), Birgül Soltanova (65 kq) və Nigar Mirzazadə (68 kq).
Komandaya məşqçi Həsrət Məmmədyarov rəhbərlik edəcək.
Yunan-roma güləşi yarışlarında (17-19 iyul) xalça üzərinə çıxacaq idmançılarımız:
Elmir Əliyev (60 kq), Murad Məmmədov (63 kq), Sakit Quliyev (63 kq), Məhəmməd Şükürzadə (67 kq) və Arif Niftullayev (97 kq).
Güləşçilərimizin çıxışına böyük məşqçi Nurəddin Rəcəbov və məşqçi Rövşən Bayramov rəhbərlik edəcəklər.
Turnirdə ilkin görüşlər hər gün Bakı vaxtı ilə saat 12:30-da, medallar uğrunda həlledici qarşılaşmalar isə saat 20:00-da başlayacaq. Reytinq turnirində ölkəmizi hakim kimi I-S kateqoriyalı ədalət təmsilçisi Asif Şirəliyev təmsil edəcək.