Bayıl stadionunda yenidənqurma işləri davam edir - FOTOLAR
Əziz Əzizli
AFFA İcraiyyə Komitəsinin 25 iyun 2025-ci ildə keçirilən iclasında verilən qərara uyğun olaraq, Futbol İnkişaf Mərkəzinin pilot layihəsinin həyata keçirilməsi üçün Bayıl stadionunda və stadionun ərazisində yerləşən inzibati binada təmir işləri davam etdirilir.
Operativ Media xəbər verir ki, stadionda “FIFA Quality Pro” sertifikatına malik süni ot örtüyünün quraşdırılması prosesi həyata keçirilir.
Həmçinin işıqlandırma sistemi, inzibati binanın paltardəyişmə, hakim, həkim, dopinq, ofis və yataq otaqlarında əsaslı təmir işləri yekunlaşmaq üzrədir.
Təmirdən sonra stadionun tam olaraq uşaq və gənclər futbolunun istifadəsinə verilməsi planlaşdırılır. Bu istiqamət üzrə artıq cari ilin avqust ayında Bakı Futbol Federasiyası ilə əməkdaşlıq çərçivəsində “Sabahın ulduzları” turnirinin Bayıl stadionunda təşkili nəzərdə tutulur.
Genitor
İdeyanı yaz — dəqiqələr içində saytın olsun.
›
restoranım üçün sayt
Pulsuz başla →
Kod bilmək lazım deyil · Hostinq daxil · Avtomatik quraşdırma