Menyu

Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub

Operativ Media
Göyçayda həyətində çətənə kolu yetişdirən şəxs tutulub
1 dəq oxu

Göyçay Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyatlarla narkotik tərkibli bitkiləri kultivasiya etməkdə şübhəli bilinən 45 yaşlı Amil Vahidov saxlanılıb.

Operativ Media xəbər verir ki, bu barədə DİN məlumat yayıb. 

"Onun yaşadığı ünvandan çətənə kolları və marixuana aşkarlanıb. Saxlanılan şəxs narkotik tərkibli bitkilərə aqrotexniki qaydada xüsusi qulluq göstərdiyini bildirib. Faktla bağlı cinayət işi başlanılıb, A.Vahidov barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilib", - məlumatda qeyd olunub.

Əlaqəli Xəbərlər