http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 21 ° C

Ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir

07 Aprel 2023 , 18:14
Ekoloji təhlükəsizlik məqsədilə zəruri tədbirlər davam etdirilir

Daxili İşlər Nazirliyinin Baş İctimai Təhlükəsizlik İdarəsi  Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müvafiq qurumları ilə birgə ekoloji cinayətlərin və ekoloji təhlükəsizlik əleyhinə olan inzibati xətaların qarşısının alınması məqsədilə zəruri tədbirlər həyata keçirir.

DİN-dən "Operativ Media"ya verilən məlumata görə, cari ilin mart ayı ərzində Bakı, Sumqayıt şəhərləri, Abşeron və Saatlı rayonları ərazisində bu istiqamətdə keçirilən birgə tədbirlər nəticəsində tullantı emalı yerlərinin müəyyənləşdirilməsi qaydalarının pozulması, çirkab suların axıdılması, tibbi, sənaye və məişət tullantılarının qalaqlanması və yandırılması zamanı ətraf mühitin mühafizəsi tələblərinə əməl edilməməsi, su obyektlərinin mühafizəsi qaydalarının pozulması, ağacların zədələnməsi və ağaclarla bağlı mühafizə tədbirlərinin görülməməsi, icazə olmadan və ya icazə şərtlərini pozmaqla yerin təkindən istifadə edərək qanunsuz qum və torpaq daşınması, lazımi icazə olmadan və ya qadağan edilmiş yerlərdə, yaxud qadağan olunmuş müddətlərdə, qadağan edilmiş alətlərlə və ya üsullarla ov edilməsi faktları aşkar olunub. 

İnzibati Xətalar Məcəlləsinin müvafiq bəndlərinin tələblərini pozan 12 fiziki, 3 vəzifəli və 1 hüquqi şəxs barəsində inzibati tənbeh tədbiri tətbiq olunub. Bu istiqamətdə tədbirlər davam etdirilir.

OXŞAR XƏBƏRLƏR
Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Azərbaycanın müstəqilliyinin zəmanəti - “Əsrin müqaviləsi”

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

XƏBƏR LENTİ
  • 11:25

    3 orta ixtisas təhsili müəssisəsinə yeni rəhbərlər təyin edilib
  • 11:20

    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
    Prezident: Əminəm ki, Dövlət Suverenliyi Günü bundan sonra Azərbaycanda geniş qeyd ediləcək
  • 11:17

    Bakıda Orta Dəhliz ölkələrinin vahid assosiasiyası yaradılması müzakirə olunub
  • 11:15

    AYNA: Yeni tədris ilinin başlanılmasına qədər Bakıda 20 küçə və prospekt təmir olunub
  • 11:06

    Bu il Orta dəhlizlə Çindən 300 blok qatarı daşınacaq
  • 11:05

    Rövşən Rüstəmov: Çin Orta Dəhlizlə 300-ə yaxın konteyner blok qatarı göndərə bilər
  • 11:03

    İranın energetika naziri Rusiyaya səfər etməyi planlaşdırır
  • 10:54

    Sabah Konstitusiya Məhkəməsi parlament seçkilərinin nəticələrinin təsdiqlənməsinə baxacaq
Menyu