http://operativmedia.az/frontend/img/svg/proqnozu.svg
Bakı 20 ° C

İstirahət günlərində milli parklarda hava necə olacaq?

07 Aprel 2023 , 18:40
İstirahət günlərində milli parklarda hava necə olacaq?
Şərti foto

İstirahət günlərində (aprelin 8-9-da) milli parklarda gözlənilən hava şəraiti açıqlanıb.

Milli Hidrometeorologiya Xidmətindən "Operativ Media"ya bildirilib ki, Samur –Yalama milli parkında hava şəraitinin arabir yağıntılı olacağı gözlənilir. Yağıntı aprelin 8--i axşamdan tədricən kəsiləcək, 9-da əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 5-10 °isti, gündüz 12-16° isti olacaq.

Altıağac milli parkında az yağış yağacağı gözlənilir. Gündüz tədricən kəsiləcək. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 3-8° isti, gündüz 10-14° isti olacaq.

Ağgöl milli parkında hava şəraitinin sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək.

Havanın temperaturu gecə 7-9° isti, gündüz 13-16° isti olacaq.

Qızılağac milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq.

Göygöl milli parkında havanın yağıntılı olacağı gözlənilir. Aprelin 8-də axşam və 9-da əsasən yağmursuz keçəcək. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 4-6° isti, gündüz 10-13° isti olacaq.

Şirvan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Lakin aprelin 8-də gündüz az çiskinli olacaq. Arabir duman olacaq. Mülayim qərb küləyi əsəcək. Havanın temperaturu gecə 7-9° isti, gündüz 18-20° isti olacaq.

Hirkan milli parkında hava şəraitinin mülayim, sabit, əsasan yağmursuz keçəcəyi gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək.

Havanın temperaturu gecə 6-9° isti, gündüz 14-18° isti olacaq.

OXŞAR XƏBƏRLƏR
Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Ötən il 15-29 yaşda qadınlar tərəfindən doğulan uşaqların sayı açıqlanıb

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

Plastik qablarda saxlanılan qidalar hansı təhlükələr yaradır?

XƏBƏR LENTİ
  • 10:15

    Xətai rayonu Xocalı prospektində problemli olan nişanlanma yenidən təşkil edilib - AYNA
  • 10:14

    Zakir Həsənov Dövlət Suverenliyi Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib
  • 10:12

    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
    İlham Əliyev Qarabağ Universitetinin açılışında iştirak edib - YENİLƏNİB
  • 10:02

    Azərbaycan və BƏƏ COP29-la əlaqədar mülki aviasiya sahəsində qarşılıqlı əməkdaşlığı genişləndirir
  • 09:57

    Bakı və Sumqayıtda dələduzluq əməlində şübhəli bilinən şəxslər saxlanılıb
  • 09:51

    "Bayer" Florian Virtsin transferindən 150 milyon avro gözləyir
  • 09:49

    Ötən gün 4 kiloqrama yaxın narkotik vasitə aşkar olunaraq götürülüb
  • 09:48

    Cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb
Menyu