Menyu

Bakının Səbail və Nəsimi rayonlarında iki yolda hərəkət məhdudlaşdırılacaq

Operativ Media
Bakının Səbail və Nəsimi rayonlarında iki yolda hərəkət məhdudlaşdırılacaq
1 dəq oxu

Paytaxtın Səbail və Nəsimi rayonlarında aparılacaq təmir işləri ilə əlaqədar daha iki yol sahəsində nəqliyyat vasitələrinin hərəkətinə müvəqqəti məhdudiyyət tətbiq olunacaq.

Bu barədə Operativ Media-ya Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyindən (AAYDA) məlumat verilib.

Bildirilib ki, məhdudiyyət Səbail rayonu üzrə Bünyad Sərdarov küçəsini, Nəsimi rayonu üzrə isə Füzuli küçəsinin (Azadlıq prospektindən Rəşid Behbudov küçəsinədək) olan hissəsini əhatə edəcək.

Qeyd olunub ki, sürücülərə aparılan işlərə anlayışla yanaşmaq, səfərlərini əvvəlcədən planlaşdırmaq və hərəkət istiqamətlərinə uyğun alternativ yollardan istifadə etmək tövsiyə olunur.

Əlaqəli Xəbərlər