Menyu

Cüdo üzrə kişilər arasında Liqa yarışının III turunun tarixi açıqlanıb

Operativ Media
Cüdo üzrə kişilər arasında Liqa yarışının III turunun tarixi açıqlanıb
1 dəq oxu

Cüdo üzrə kişilər arasında Liqa yarışının III turunun keçiriləcəyi tarix və məkan açıqlanıb.

​Operativ Media xəbər verir ki, iyulun 17-də Abşeron Olimpiya İdman Kompleksində cüdo üzrə kişilər arasında Liqa yarışının III turu baş tutacaq.

​Sonuncu tur xarakteri daşıyan bu turnirdə 45 klub və idman cəmiyyətindən olan 281 cüdoçu qüvvəsini sınayacaq. İdmançılar ümumilikdə 7 çəki dərəcəsində medallar uğrunda mübarizə aparacaqlar.

​Qeyd edək ki, bu mərhələnin yekun nəticələrinə əsasən cüdoçuların reytinq siyahısı müəyyənləşəcək.

Əlaqəli Xəbərlər