Menyu

"Latsio" niderlandlı müdafiəçi Danilo Duki ilə müqavilə imzalayıb

Əziz Əzizli
"Latsio" niderlandlı müdafiəçi Danilo Duki ilə müqavilə imzalayıb
1 dəq oxu

İtaliyanın "Latsio" klubu heyətini yeni futbolçu ilə gücləndirərək müdafiəçi Danilo Duki ilə rəsmi müqavilə bağlayıb.

​Operativ Media xəbər verir ki, tərəflər arasında imzalanan razılaşmanın müddəti 2029-cu il iyunun 30-na qədər nəzərdə tutulub. 28 yaşlı niderlandlı oyunçu İtaliya təmsilçisinə azad agent statusu ilə qoşulub. Onun son komandası 2022-ci ildən bəri şərəfini qoruduğu Almaniyanın "Union Berlin" klubu olub.

​Müdafiəçi arxada qalan 2025/2026-cı illər mövsümündə meydana çıxdığı 37 rəsmi qarşılaşmada 7 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

​Qeyd edək ki, D.Duki karyerası ərzində "Vitess" və "Yonq Ayaks" klublarında da çıxış edib. "Transfermarkt" portalı oyunçunun transfer dəyərini 13 milyon avro qiymətləndirir.

Əlaqəli Xəbərlər